KANAL24.AZ
Az Iw En Ru

Almaniya prezidentinin İsrail səfəri

Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer Yerüssəlimdə İvrit Universiteti tələbələri qarşısında çıxışı zamanı, İsrail və Almaniya arasında əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib.

Mayın 7də İsrailə və Fələstinə 4 günlük səfərə gələn prezident İsrailin baş naziri Benyamin Natanyahu ilə də görüşüb .Hər iki ölkə başçısı dövlətlər arasında əməkdaşlıgı yüksək qiymətləndirib Keçən ay Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabrielin İudeya və Samariyada İDF i tənqid edən "Silence Breaking"qeyri hökumət təşkilatı ilə görüşdüyü üçün B.Nitanyahu arasında narazılıq olmuşdu.Bu diplomatik hadisəyə baxmayaraq prezident İsrailə səfərindən imtina etməyib.O qeyd edib ki, səfəri ləğv etmək və ya təxirə salmaq təkliflər irəli sürülsə də,qərarından dönməyib."İsrail və Almaniya əlaqələri həmişə mükəmməl olacaq, xüsusən də belə hallarda, biz irsimizi qorumalıyıq"-Şteynmayer deyib.Görüşdən sonra Nitanyahu da İsrail-Almaniya tərəfdaşlıgının"mükəmməl"oldugunu söyləyib .Bazar günü,Şteynmayer həmçinin Holokost memorial abidəsini yad edib və prezident Reuven Rivlinlə görüşüb.


16:38 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər