KANAL24.AZ
Az Iw En Ru

Şahzadənin İsrail səfəri ləğv edildi

Şahzadə Çarlzin İsrailə səfəri ərəb ölkələrinə görə ləğv edildi .

Böyük Britaniya şahzadəsinin İsrailə səfəri XİN tərəfindən ləğv olunub."Tht Sun " agentliyinin xəbərinə görə bu səfər Britaniyaya müntəzəm səfərlər edən Ərəb ölkələriylə münasibətlərə xələl gətirə bilər.Şahzadənin İsrailə səfərinin məqsədi tarixi Balfur bəyənnaməsinin və Fələstin təşkilatının 100cu ildönümü zamanı birinci Dünya müharibəsində həlak olmuş britaniyalıları yad etmək idi .Lakin səfər hər iki ölkə tərəfindən rəsmiləşdirilmədiyi üçün baş tutmayıb . Britaniyanın təqaüddə olan Briraniya Hərbi Komandanı və İsrail tərəfdaşı olan polkovnik Richard Kemp, səfərin ləğvinə tənqidlə yanaşaraq, bunu ərəb rejimlərinə göz yummaq və ən başlıcası həlak olan həmyerlilərinə "təhqir "kimi qiymətləndirib. Qeyd edək ki, keçən il sentyabr ayında şahzadə Çarlz keçmiş İsrail prezidenti Şimon Peresin dəfnində İsraildə olmuşdur.Səfərdən istifadə edərək, o, Yerüssəlimdə Eleon dagında dəfn olunan nənəsi şahzadə Alisa Battenberqin qəbrini ziyarət etmişdi.


15:21 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər