KANAL24.AZ
Az Iw En Ru

Sderotedə müharibə veteranları yad edildi

Bu gün  Sderot şəhərində Xabad hərəkatının  lideri Ravvin Moşe Zeev  Pizem və hərəkat üzvləri 2-ci Dünya müharibəsində döyüşlərdə həlak olan yəhudi əskərlər üçün anım mərasimi keçiriblər.Şəhər qəbirsanlığında əskərlərin ruhuna dualar oxuyublar.

1990-cı illərdə Sderote şəhərində 200 veteran var idi,amma indi onların sayı azalıb,bir necə nəfər sağ qalıb ki,onlar da çox qoca və sağlamlığlarını itirən insanlardır ki anım mərasimindı iştirak edə bilmirdilər.

Anım mərasimində yerli Xabad hərəkatının liderinin böyük oğlu Oşer Pizem,İDF-də hərbi xidmətdə olmuş qardaşı Hananel Pizem,İcra nümayəndəsi Antoliy Naxşonov,İcra köməkçisi  Eduard Naxşonov və digər səlahiyyətli nümayəndələr,veteranların yaxın və doğmaları  iştirak edirdi.

Hər məzarda şam yandırıldı.Ravvin Moşe bildirdi ki,mən bu təşkilat məsələsini  öz  üzərimə götürdüm,çünki yəhudi əskərlərinin vətən uğrunda canlarından keçmələrini çox yüksək qiymətləndirirəm.Onların qəhrəmanlığı bugünki nəsilə örnəkdir,hər bir israilli onlarla fəxr etməlidir,yeni nəsil onlardan çox şey öyrənir və öyrənəcəklər.Çox təəssüf edirəm ki,veteranların nəsli tükənmək üzrədir,amma biz onları heç zaman unutmayacağıq.nəvə-nəticələrimiz onları tanıyacaq və fəxr edəcəklər.

 


08:47 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər