KANAL24.AZ
Az Iw En Ru

Misirdə sensasion tarixi tapıntı: 4 min illik məzarlıq

Misirin Luksor şəhərindəki Dra Abu əl-Naqa ərazisində ispaniyalı arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı 4 min il əvvələ aid olduğu ehtimal edilən məzarlıq tapılıb.

İspaniya Milli Tədqiqat Şurası Misir ikonlarındakı təsvirlərdən bilinən məzarlıqların ilk nümunəsinin məhz bu tapıntı olduğunu açıqlayıb.

Professor Joze Manuel Qalan bildirir ki, e.ə 2000–ci illərə aid edilən həmin qəbiristanlıq qalıqları XII fironluq dönəminə aiddir:

“Hər məzarın üzərində ölən şəxsin vəsiyyəti, simvolik məna daşıyan ağac və bitki adları qeyd edilib. Buradakı məlumatlar bizə yalnız dini inanc və mərasimlərlə bağlı məlumat verməyəcək. Eyni zamanda gündəlik həyat tərzini, ətraf mühiti və hətta iqlimə aid detalları da öyrənmək mümkün olacaq”.


06:28 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər