KANAL24.AZ
Az Iw En Ru

Biləsuvarda 940 yeni iş yeri açılıb

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şura iclasında cari ilin doquz ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib.

Kanal24.az xəbər verir ki, toplantıda bildirilib ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 198,3 milyon manat olub. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Əsas kapitala yönələn investisiyalar 58,7 milyon manat  təşkil edib. İstehsal  və emal müəsisələrinin artması, abadlıq-quruculuq işlərinin genişlənməsi nəticəsində rayonda 940 yeni iş yeri açılıb.
İqtisadi inkişafın sosial və infrastruktur layihələrin icrasına müsbət təsiri nəticəsində tikinti işlərinin həcmi 58,1 milyon manata çatıb.
Bu dövrdə əsaslı təmir edilən 1176 şagird yerlik Ağalıkənd, 220 şagird yerlik Amankənd, 450 şagird yerlik Aşağı Cürəli və 640 şagird yerlik Xırmandalı kənd tam orta məktəblərinin binaları istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik uşaq bağçasında tamamlama işləri görülür. Eyni zamanda, 200 yerlik uşaq bağçasının, Dövlət Sosial Müdafiə Fondu və  Kənd Təsərrüfatı Nazirliyinin  rayon şöbələri üçün yeni inzibati binaların, Səmədabad kəndində Heydər Əliyev parkının tikintisi davam etdirilir. Toxumçuluq idarəsinin inzibati binasının tikintisi başa çatdırılıb.
Bu dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 120 çarpayılıq mərkəzi rayon xəstəxanasının əsaslı təmirinə başlanılıb, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 16 kilometr olan Günəşli-Əliabad avtomobil yolu tikilərək istifadəyə verilib, uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda isə uzunluğu 81 metr olan körpüdə tikinti işləri davam etdirilib.
Hesabat dövründə Biləsuvar şəhəri  və  18 kənd qazlaşdırılıb,  şəhərin içməli su  sisteminin yenidən qurulması iş  başa çatdırılıb.
Toplantıda çıxış edənlər bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişafla bağlı görülən işlərdən söhbət açıblar.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.


08:45 16.10.2014
Xəbər lenti
Bütün xəbərlər