KANAL24.AZ
Az Iw En Ru

Luna parkda faciə - Dəhşətli görüntülər - VİDEO

Türkiyənin Konya əyalətində yerləşən əyləncə mərkəzlərindən birində dəhşətli anlar yaşanıb.

Luna parkda "Adrenalin qüllə" adlı kanatın kəndiri qopub. İçərisində 17 nəfərin olduğu atraksion çarxı birdən sürətlə yerə çırpılıb. 10 nəfər ağır xəsarət alıb.

25 metr hündürlüyə qədər qalxan əyləncə vasitəsinin kəndiri yerdən təxminən 2 metr yüksəklikdə olarkən qırılıb.

Yaralılar təcili olaraq Konya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Kanatın qopma anı ətrafdakı insanlar tərəfindən lentə alınıb.

Hadisə yerində araşdırmalar davam edir.

Kanatın qopma anını əks etdirən həmin görüntüləri təqdim edirik:

 

 

 


19:46 07.05.2017
Xəbər lenti
Bütün xəbərlər