KANAL24.AZ
Az Iw En Ru

İsrailin iddiasına cavab verməyən ABŞ yenə Livana silah satdı

ABŞ Livan ordusuna növbəti silah yardımını edib.

Kanal24.az "Kursor"agentliyinə istinadən xəbər verir ki,silahlar Livan rəsmilərinə təqdim edilib. Təqdimetmə mərasimində ABŞ-ın Livandakı səfiri Elizabet Riçard da iştirak edib. O, bu silahların Suriya sərhədində Livanın təhlükəsizliyini təmin etmək üçün istifadə olunacağını bildirib:

“Livanın problemlərini diqqətlə izləyirik. Biz keçən ilin sonunda Beyruta 220 milyon dollarlıq silah vermişik. Bununla da Livan bizdən ən çox yardım alan 5-ci ölkə olub”.Qeyd edək ki,bu Abş-ın Livana ilk silah satışı deyil.

Qeyd edək ki, İsrailin “Haaretz” qəzeti bundan öncə ABŞ-ın Livana verdiyi silahların Hizbullahın əlinə keçdiyi haqqında informasiya yayıb. Rəsmi Vaşinqton hələ də İsrail tərəfinin səsləndirdiyi iddialara cavab verməyib.


17:00 07.05.2017
Xəbər lenti
Bütün xəbərlər