KANAL24.AZ
Az Iw En Ru

Seçkiyə bir gün qalmış Makron hücuma məruz qaldı

Fransada prezidentliyə namizəd Emmanuel Makronun kampaniyası haker hücumuna məruz qalıb.

Bu haqda “İrəli” hərəkatının lideri Makronun kampaniya mərkəzi məlumat verib.

“Oğurlanan həqiqi sənədlər saxtalarla qarışdırılaraq internetdə paylaşılıb. Buna səbəb Makronun nüfuzuna zərər vermək, ultrasağçı, millətçi Marin Le Penin seçilmə şansını artırmaqdır”, - məlumatda bildirilib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu sabah keçiriləcək. “İrəli” hərəkatının lideri Makron bütün sorğularda ultrasağçı lider Le Peni qabaqlayır.


22:24 06.05.2017
Xəbər lenti
Bütün xəbərlər