KANAL24.AZ
Az Iw En Ru

Tramp axır ki, bacardı: Obamanın yazdığı pozuldu

ABŞ Nümayəndələr Palatası "Obamaker" kimi adlandırılan tibbi sığorta sistemini ləğv edərək, Amerika Sağlamlıq Xidmələri qanun layihəsini qəbul edib.

Layihə 217 konqresmen tərəfindən müsbət qarşılanıb. 213 palata üzvü isə layihənin əleyhinə səs verib.

Bu qanunun qüvvəyə minməsi üçün onu ABŞ Senatının təsdiq etməsi vacibdir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın fikrincə, "Obamaker" proqramı dövlət qurumlarına yükdür və büdcə vəsaitinin israfçılığıdır.


20:37 05.05.2017
Xəbər lenti
Bütün xəbərlər