KANAL24.AZ
Az Iw En Ru

Netanyahu Tramp-Abbas görüşünü şərh etdi

Mayın 4-ü İsrailin baş naziri Binyamin Netanyahu Yerusəlimdə Rumıniyalı həmkarı Sorinam Qrindiya ilə  görüşüb.

Görüşdən əvvəl təşkil olunan brifinqdə Netanyahu Trampla Abbasın dünənki görüşünü şərh edib:"Mən böyük səbirsizliklə Prezident Trampla dünyada baş verənləri müzakirə edəcəyimiz günü gözləyirəm.Eşitdim ki,dünənki görüşdə Abbas deyib ki,fələstinlilər öz uşaqlarına dünyada sülhü təbliğ edirlər,amma təəssüf ki, bu belə deyil.Onlar İsraildə kütləvi qətllər törədən terrorçuların adını öz məktəblərinə verirlər,terrorçulara maliyyə yardımları edirlər.Amma mən əminəm ki,dəyişiklik edib uzunmüddətli sülhə nail olmaq mümkündür.İsrail buna həmişə hazırdır,mən buna həmiş hazıram". 

 


20:00 05.05.2017
Xəbər lenti
Bütün xəbərlər