KANAL24.AZ
Az Iw En Ru

ABŞ “gözəgörünməzləri” Tu-95-lərə görə qaldırdı

Rusiyaya məxsus 2 strateji bombardmançı Тu-95 təyyarəsi 2 ədəd Su-35 qırıcı təyyarəsinin müşayiəti ilə Alyaska bölgəsində ABŞ hava məkanına daxil olub.

Bu barədə xəbər yayan "Foks Nyus" telekanalı Pentaqon nümayəndələrinin məlumatına əsaslanıblar.

Rusiya hərbi təyyarələri ABŞ vaxtilə 4 may, səhər saat 4 radələrində bölgəyə giriblər. Bundan dərhal sonra Pentaqon F-22 qırıcılarını Çeriot yaşayış məntəqəsinin cənub-qərbinə göndərib.

Qeyd edək ki, Rusiya bombardmançı təyyarələri aprelin sonunda Alyaska yaxınlığında dörd gün ərzində ardıcıl uçuşlar ediblər. Bu uçuşların sayı 2014-ci ildən bəri ilk dəfə bu həddə çatıb.


15:00 05.05.2017
Xəbər lenti
Bütün xəbərlər