KANAL24.AZ
Az Iw En Ru

Trampın ilk xarici səfəri İsrail olacaq

ABŞ prezidenti hərbi gəmidə qalacaq

ABŞ Prezidenti Donald Trampın bu vəzifədə ilk xarici səfəri mayın sonunda İsrail, Səudiyyə Ərəbistanı və Vatikana olacaq.

Bunu Ağ Evdəki mənbə açıqlayıb.

D.Trampın ilk xarici səfərləri mayın 25-i Brüsseldə NATO sammiti və Taorminada (İtaliya) G7 sammiti ilə başa çatacaq.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, İtaliyada G7 sammiti keçirilən vaxt Tramp hərbi gəmidə qalacaq.  


06:54 05.05.2017
Xəbər lenti
Bütün xəbərlər