KANAL24.AZ
Az Iw En Ru

Helikopter qəzaya uğradı - Ölənlər var

Başqırdıstanda helikopterin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Ölənlərdən biri “Layt Eyr” şirkətinə məxsus helikopterin pilotudur, digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

Qəza Başqırdıstanın Beloretsk rayonunda meşə yanğınları ilə bağlı vəziyyətin monitorinqi zamanı baş verib.

Qəzanın səbəbi kimi 4 versiya nəzərdən keçirilir: texniki nasazlıq, pilotun səhvi, keyfiyyətsiz yanacaq və hava şəraiti.

Qəza baş verən an ərazidə duman müşahidə olunub. 


05:07 05.05.2017
Xəbər lenti
Bütün xəbərlər