KANAL24.AZ
Az Iw En Ru

Əcnəbini qarət edənlər yaxalanıb

Bakıda xarici ölkə vətəndaşı qarət olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında əcnəbi vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə almış Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.


19:23 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər