KANAL24.AZ
Az Iw En Ru

İrandan gələn azərbaycanlı gömrükdə narkotiklə saxlanıldı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 41,9 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


19:23 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər