KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da atışma: Pivə içib insanları güllələdi

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yaşayış binasının yaxınlığında atışma olub.

Kanal24.az  xəbər verir ki, “Röyters” agentliyi yerli polisə istinadən 8 nəfərin yaralandığını yazıb.

Agentlik pivə içmiş kişinin insanlara atəş açdığını bildirib. Yaralananlardan 4-ü qadındır. Onlardan biri xəstəxanada həyatını itirib.

Hadisə yerinə gələn polislər silahlı şəxsi öldürüb.

Cinayətin motivi hələ müəyyən edilməyib. Polis hadisənin araşdırılmasına başlayıb.


18:43 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər