KANAL24.AZ
Az Iw En Ru

Rus təyyarəsi burulğana düşdü: Çoxlu yaralı var - Video

Moskvadan Banqkoka uçan təyyarə hava burulğanına düşüb.

Kanal24.az  Ria Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Məlumatı Rusiyanın Tailanddakı səfirliyi yayıb:

"Hadisə zamanı xəsarət alan şəxslərin sayı məlum deyil. Hazırda Rusiyanın bu ölkədəki səfiri xəstəxanadadır".

Qeyd edək ki, SU-270 nömrəli reyslə uçan Boinq-777 təyyarəsi enişə 40 dəqiqə qalmış hava burulğanına düşüb. Təyyarə Bakı vaxtı ilə 03:38-də Banqkokda eniş edib.

 

 

 


 
 
 

18:28 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər