KANAL24.AZ
Az Iw En Ru

Ölkələr III Dünya Müharibəsinə bu cür hazırlaşırlar

Dünyadakı münaqişə ocaqlarının get-gedə artması, üstəlik ABŞ-la Şimali Koreya arasında başlana biləcək müharibə yeni bəşəri savaşın startı kimi qiymətləndirilir. 
Dünyanın bir çox siyasi analitikləri durumun belə olacağı təqdirdə hər şeyin III Dünya Müharibəsinə aparacağını bildiriblər. 
 
Moderator.az xəbər verir ki, bəzi dövlətlər artıq bu yöndə əməli fəaliyyətə də keçiblər. II Dünya Müharibəsində əhalisini bombardmana məruz qoyan İngiltərə bu səhvini növbəti cahan savaşında təkrarlamaq istəmir. Odur ki, metro stansiyaları ilə əlaqələri olan yeraltı sığınacaqlar salınır. Əvvəldən mövcud olanlar isə təmir edilir. 
 
Uzunluğu 370 metr olan sığınacaqlar eyni zamanda 10 min insanı qorumaq gücündədir. Hər sığınacağa iki tunel birləşir. Bu tunellər metro stansiyaları ilə həmin sığınacaqları birləşdirəcək.
Yaponiya isə təhlükəsizlik tədbirlərini tam fərqli müstəvidə həyata keçirir. ABŞ və Şimali Koreyanın hər an nüvə silahından istifadə etmə ehtimalını nəzərə alan ehtiyatlı yaponlar artıq indidən radiassiyaya qarşı xüsusi cihazlar və maskalar alırlar. 
 
Rusiya isə II Dünya Müharibəsindən qalma təcrübəsindən faydalanmaq niyyətindədir. Belə ki, ölkənin bir neçə böyük və köhnə stadionlarının altında radiassiyadan xilas olmaq üçün yeraltı sığınacaqlar salınır. Məlumat üçün deyək ki, sovet dövründən qalma bəzi stadionlarda bu cür məkanlar var idi, onlar isə səhmana salınır. “Zenit” futbol klubunun stadionunun altında da bu cür yeraltı sığınacaqların olduğu bildirilir.
 
Dünya büyük savaşa mı hazırlanıyor?
 
Dünya büyük savaşa mı hazırlanıyor?
 
Dünya büyük savaşa mı hazırlanıyor?
 
Dünya büyük savaşa mı hazırlanıyor?

18:05 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər