KANAL24.AZ
Az Iw En Ru

Toni Bleyer siyasətə qayıdır: Ölkəsi üçün narahardır

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer aktiv siyasətə qayıdır.

Keçmiş baş nazirin siyasətə qayıdışını şərtləndirən səbəb ölkənin Avropa Birliyindən çıxması ilə bağlı yaranan narahatlıqlardır.

“The Mirror” yazır ki, Bleyer tarixi məqamda kölgədə qalmaq istəmir: "Əks təqdirdə elə düşünülərdi ki, ölkənin taleyi onu maraqlandırmır".

Keçmiş baş nazirin sözlərinə görə, Brexit, həmçinin Britaniya ilə Avropa Birliyi arasında azad ticarət barədə sazişin ləğvi ölkəyə böyük ziyan vura bilər. Hələ fevral ayında siyasətə qayıtmasının anonsunu verən Bleyer Brexit tərəfdarı olmadığını açıqlamışdı.

Qeyd edək ki, T.Bleyer Böyük Britaniya hökumətinə 1997-2007-ci illərdə rəhbərlik edib.


15:59 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər