KANAL24.AZ
Az Iw En Ru

İki ölkə arasında buzlar əriyir?Trampdan düşməninə tərif: “Kim Çen ağıllı oğlandır”

Şimali Koreya lideri Kim Çen İn ağıllı oğlandır.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp 30 apreldə CBS kanalında efirə gedən müsahibəsində deyib. Tramp bildirib ki, Kim Çen sərt insanlarla işləməyi bacarır:

“Əslində, mən onu müzakirə etmək istəmirəm. İnsanlar soruşurlar ki, onun ağlı başındadır? Mən anlaya bilmirəm.

Onu deyə bilərəm ki, bir çox insan dinləməyi bacarmır. Kim Çen atasının ölümündən sonra hakimiyyətə gələndə çox gənc - 26, ya 27 yaşı vardı. Göründüyü kimi, o, bir çox sərt insanlar, o cümlədən generallar və digərləri ilə iş görmək məcburiyyətində idi”.

Tramp vurğulayıb ki, gənc yaşda Kim Çen İn bir çoxlarının ələ keçirmək istədiyi hakimiyyəti qoruyub saxlamağa nail olub: “Beləliklə, əlbəttə ki, o, ağıllı oğlandır. Ancaq hazırda elə bir situasiya yaranıb ki, biz bu vəziyyətin davam etməsinə imkan verə bilmərik”.

Tramp həmçinin bildirib ki, Şimali Koreyanın nüvə problemi ilə əslində Corc Buş və yaxud Bill Klinton məşğul olmalı idi: “Obama administrasiyana bu iş qalmamalı idi”.

ABŞ lideri həm də onu xatırladıb ki, Şimali Koreyanın ballistik raket sınaqları vaxtaşırı olaraq uğursuz alınır.


15:52 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər