KANAL24.AZ
Az Iw En Ru

Bakıda səbrsiz sürücü piyada zolağındakı adamları döyüb

Sürücü onları təhqir edib.

Bakının Sabunçu rayonunda iki piyadanın döyülməsi ilə nəticələnən insident baş verib.

Kanal24.az-ın  "Report"a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində piyada keçidindən keçən Abıyeva Lətafət və 30 yaşlı Quliyev Elvin Habil oğlu həmin küçə ilə hərəkətdə olan avtomobillərdən birinin sürücüsü tərəfindən təhqir olununb.

L.Abıyeva sürücüyə cavab qaytardıqda isə avtomobildən enən iki şəxs qadına yaxınlaşaraq onu itələyib və yerə yıxıb. E.Quliyevin isə baş və bədən nahiyələrinə ağır xəsarət yetirilib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


15:15 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər