KANAL24.AZ
Az Iw En Ru

Ürək xəstəliklərindən belə qoruna bilərsiniz

Böyük Britaniya və Amerika kardioloqları ürək xəstəliklərindən qoruyan əsas 3 amil aşkar ediblər.

Kordioloqlar ürək və damarları bir çox xəstəliklərdən qorumaq üçün yalnız bu 3 şərtə əməl etməyin kifayət etdiyi düşüncəsindədirlər.

Bunlardan brincisi düzgün qidalanmaqdır. Düzgün qidalanma deyəndə Aralıq dənizi pəhrizi nəzərdə tutulur. Bu pəhriz ürək-damar sistemi üçün ən faydalı pəhriz hesab olunur. Zeytun yağı, tərəvəzlər, balıq və qoz-fındıqla zəngin olan pəhriz Aralıq dənizi pəhrizinə daxildir. Pəhriz zamanı şirniyyatdan bacardıqca az istifadə etmək lazımdır.

İkinci və ən vacib şərtlərdən hesab olunan amil isə stresdən uzaq olmaqdır. Elmi araşdırmalar göstərir ki, stress, xüsusilə xroniki stress ürək-damar sistemi xəstəliklərinin əsas risk faktorlarından biridir.

3-cü amil fiziki aktivlikdir. Alimlər insanlara həftədə azı 3 dəfə 30 dəqiqə ərzində tez-tez yeriməyi tövsiyə edir. Tez-tez yerimək qaçmaqdan daha faydalıdır.


15:05 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər