KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da qasırğa 7 can aldı

ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Şiddətli yağışla müşayiət olunan qasırğalar Texas, Missuri, Missisipi, Arkanzas, Alabama, Oklahoma və Luiziana ştatlarında ciddi fəsadlar törədib.

Təbii fəlakət ən çox Texas ştatına ziyan vurub. Sutka ərzində burada 4 nəfər ölüb, 50-yə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Arkanzas ştatında bir qadın küləyin aşırdığı ağacın altında qalaraq dünyasını dəyişib. Daha iki nəfər Missuri və Missisipidə baş verən daşqınların qurbanı olub.

Məlumata görə, Missuri və Oklahoma ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib. 


15:00 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər