KANAL24.AZ
Az Iw En Ru

Alimləri təəccübləndirən SİRLİ MEXANİZM

İnsan bədəni o qədər mürəkkəb bir sistemdir ki, minlərlə illik tibbi biliyə və təcrübəyə baxmayaraq, hələ də həkimləri və araşdırmaçıları təəccübləndirməyə davam edir.
 
Moderator.az xəbər verir ki, insan orqanizmi ən savadlı mütəxəssisləri, həkimləri, professorları və alimləri belə təəccübləndirəcək qarışıq və sirli bir mexanizmdir. Məhz bir neçə nümunə ilə bunu aydın başa düşə bilərik.
 
 
1. Beyin 10 voltluk bir lampa qədər enerji sərf edir 
 
 
2. İnsan beyninin yığacağı məlumat miqdarı ensklopediyanın içindəki məlumatdan 5 dəfə çoxdur.
 
 
 
3.Qadınların saç tellərinin qalınlığı, kişilərin saç tellərinin qalınlığının yarısı qədərdir.
 
Qərib kimi görünsə də, məhz bu səbəbdən kişilərin saçları ipək kimi olmur. Saç teli qalınlığı irqə görə də dəyişə bilir.
 
 
4. İnsan saçının 1 teli 100 qram ağırlıq götürə bilər.
 
 
5. Ən sürətli uzanan dırnaq, orta barmağımızdakı dırnaqdır.
 
Maraqlısı odur ki, çox istifadə edilən əldəki dırnaq da daha sürətli uzanır.
 
 
6. Sarışın insanların saçı daha çox olur.
 
Saç rəngi, saçın qalınlığına da təsir edir. Orta hesabla bir insanın başında 100 min  saç kökü var. Sarışınların saç kökü orta hesabla 146 min, qara saçların 110 min, qəhvəyi saçların  100 min və qırmızı saçların  86 min saç kökü var.
 
 
7.İnsan ürəyinin yaratdığı təzyiq, qanı 10 metr yüksəkliyə qaldırmağa qadirdir. 
 
 
8. Asqırıq sürəti 160 km/saatı  keçə bilər.
 
 
9. Qadınlar gözlərini kişilərdən 2 dəfə daha çox qırpırlar. Bir insan, orta hesabla bir dəqiqədə 13 dəfə gözünü qırpır.
 
 
10. Daxili orqanlarımızın  böyük bir qismini itirsək belə  həyatda qala bilrik.
 
 
İnsan orqanizmi  mədə, dalaq, 1 ağ ciyər,1 böyrək olmadan və ya qaraciyərin 75 faizi  bağırsaqların 80 faizi olmadan yaşaya bilər. 
 
11. Ayaqlarda 500 min tər vəzi vardır və gündə təxminən 475 millilitr tər istehsal edirlər.
 
 
12. Hər gün 120 milyon cinsi əlaqə baş verir.
 
 
13. Dişləriniz siz doğulmadan 6 ay əvvəl inkişaf etməyə başlayır.
 
 
14.Bütün körpələrin gözləri mavidir.
 
Göz rənginiz ana atanızdan irsi olaraq keçsə də, körpələr ilk dəfə olaraq mavi gözlərlə həyata başlayırlar. Bunun səbəbi melanindir. Yeni doğulmuş körpədə melanin hələ tam olaraq formalaşmadığı  və tündləşmədiyi üçün  gözlər mavi görüə bilər. Zamanla gözlər əsl rənginə çevrilir.
 
 
15. Hamiləliyin ilk üç ayında qadınların yuxuda ən çox gördükləri şeylər qurbağa, sürfə və yabanı bitkiləridir.
 
Hamiləlikdə hormon dəyişikliyinə paralel olaraq bir çox şey dəyişir. və yuxuların dəyişməsi də onlardan biridir. 
 
 
16. Qadınlar həm doğulan andan  etibarən, həm də yetkinlikdə kişilərdən daha yaxşı dad alır.
 
Araşdırmalar, qadınların qoxu ayırmada kişilərdən daha yaxşı olduğunu göstərir.. Xüsusilə sitrus, vanil, darçın və qəhvə ətirlərini qadınlar daha yaxşı alırlar. 
 
 
17.  Burnumuz 50 min fərqli qoxunu tanıya bilir.
 
 
18. Gülümsəmək üçün 17 əzələ, qaşları çatmaq üçün isə 43 əzələ işləyir.
 
 
19. İnsan bədəninin 75 faizi sudan ibarətdir.
 
 
 

08:53 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər