KANAL24.AZ
Az Iw En Ru

İsraildə mobil telefon rabitəsi kəsildi - ƏCAİB SƏBƏB...

Hökumət aclıq edən fələstinli məhbusların biri-biri ilə əlaqə saxlamasından ehtiyat edib...
 
Dünən səhər İsrailin xeyli hissəsində mobil telefon rabitəsi gözlənilmədən kəsilib. 
 
Kamal24.az İsrail mediasına istinadla xəbər verir ki, olay ölkənin cənubunda baş verib. 
 
Səhər saatlarında Nitsan rayonunun sakinləri mobil telefonla zəng edə bilmədikləri barədə mətbuata xəbər veriblər. Araşdırmadan sonra məlum olub ki, telefon rabitəsi hökumət orqanları tərəfindən kəsilib. Bu, “Ketsiot” və “Nafxa” həbsxanalarında saxlanılan və aclıq edən  Fələstin sakinlərinin digər türmələrlə əlaqə yaratmaq imkanının qarşısını almaq məqsədilə edilib.
 
Bir müddət sonra mobil rabitə bərpa edilsə də, sakinlər bu olaya kəskin etiraz ediblər. Məsələ bundadır ki, rabitənin kəsildiyi  ərazidəki əhali  əsasən kənd təsərrüfatı ilə məşğul olur və şəbəkənin olmaması mobil telefonlardan əlavə, kömpüter və irriqasiya(suvarma) sistemlərinin də işini əngəlləyib.  Bu da temperaturun artıq qalxdığı bir şəraitdə səpinlərin məhvinə və s. gətirib çıxar bilər. 

08:41 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər