KANAL24.AZ
Az Iw En Ru

“Üzərimə gələn at mənimlə danışdı”- Vanqadan şok etiraf...

Bütün dünyanın maraq dairəsində olduğu, bəşəriyyətin gələcəyi ilə bağlı səsləndirdiyi proqnozlarla çoxlarını təəccübləndirən bolqar əsilli kor kahin, öngörücü Vanqa haqqında fikirlər birmənalı deyil. Elə onunla bağlı yazılan və birbaşa kor kahinin özü ilə edilən söhbətlərin ümumi nəticəsində qələmə alınan məqalələrə  vaxtaşırı müraciət etdikdə belə bizim oxucuların bu mövzuya birmənalı münasibətinin olmadığını görürük. 
 
Lakin vacib qeydi xatırladaq ki,  burada yalnız tərcüməçi missiyasını həyata keçiririk. Vanqa haqqında dünyanın nüfuzlu mətbuu orqanlarında yazılan məqalələr, tanınmış nəşriyyatlarında çıxan kitablara istinadən yazılan yazılar təxəyyül məhsulu deyil.
 
Belə kitablardan biri də bir neçə il bundan əvvəl  türkiyəli müəllif Renan Seçkin tərəfindən yazılıb. “Kahin Vanqa”adlanan kitabın üz qabığında  Hitler və Sovet “KQB”-nin arxasınca qaçdığı qadın kimi göstərilib.
 
Moderator.az xəbər verir ki, bir müddət öncə yenidən təkrar nəşr olunan kitabda Vanqanın bu bacarığının necə meydana çıxdığı haqda maraqlı qeyd var. Bu qeydi kor kahinin özü ömrünün sonlarında etiraf edib. Gözünün kor olmasından sonra xüsusi istedada sahiblənən Vanqa o ərəfədə üzləşdiyi başqa maraqlı detalı da etiraf edib. Qeyd edək ki, bu etiraf Bolqarıstanın xüsusi arxivində də qorunub saxlanılır:
“Bir atlı gəlib, atı ilə bərabər otağıma daxil oldu. Düz qarşımda idi, elə bildim ki, üstümə gələcək. O da, atı da Günəş kimi bəmbəyaz parıldayırdı. Atının bir buynuzu var idi. O da, atı da mənimlə danışdı. At danışan at idi. Mənə belə dedilər: Sən insanlara baş verənləri qabaqcadan çatdırmaq üçün seçildin. Onların baş verənləri bilmələri, bunlara qabaqcadan hazırlaşmaları və qorxmamaları üçün seçildin. 
Bolqarıstan Dövlət Arxivinin materiallarından istifadə edilərək yazılan kitab böyük oxucu marağına səbəb olub.

08:35 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər