KANAL24.AZ
Az Iw En Ru

Qanaxmanı bu ədviyyatla 10 saniyədə dayandırmaq mümkündür

Nə qədər diqqətli və yemək bişirməkdə təcrübəli olsaq da mütləq əlimizi kəsirik. Təəssüf ki, mətbəxdə baş verən bu qəza öncədən "gəlirəm" demir. Hər hansı bir nahiyəmiz kəsiləndə isə ilk olaraq həmin nahiyəni sıxmağa, müəyyən qan kəsici və təmziləyici dərmanlar tökməyə çalışırıq. Ancaq təəssüf ki, evimizdə hər zaman bunun üçün lazımlı dərmanlar olmaya bilir. 
Moderator.az-ın tövsiyyə edəcəyi bu üsulla mətbəxinizdə olan bir ədviyyatla qanaxmanı anındaca dayandıra bilərsiniz.
 
Əliniz və ya bədəninizin hər hansı bir yerində yaranan kəsiyi əvvəlcə təmizləməli, sonra antibiotik məlhəm çəkməli və son olaraq tənziflə bağlamalısınız. 
 
Bəs əlinizdə balaca bir kəsik varsa və həm qanaxmanın dayandırıb, həm də heç zəhmət çəkmədən asanlıqla kəsilən yeri bağlamaq istəyirsinizsə o zaman nə edərsiniz? Əgər o zaman mətbəxinizdə Alban istiotu varsa, kəsilən yerə qırmızı istiotu tökə bilərsiniz. 
 
 
 
Qırmızı istiot tarix boyu müxtəlif məqsədlərlə istifadə edilib. 16-ci əsrdə isə Avropa ilk dəfə qırmızı istiotla tanış olublar. Aparılan bir araşdırmaya görə, qrmızı bibər orqanizmi tox saxlayır, təzyiqi tarazlaşdırır və xərçəng riskini azaldır.
 
Qırmızı istiotu kəsilən bölgəyə tökdüyünüz 10-20 saniyə içində qanınızın dayandığını görəcəksiniz. Antibakteriyel xüsusiyyəti olan qırmızı istiot kiçik kəsiklərə mikrob düşməsinin də qarşısını alır. Bibərlərə acılıq verən kapsaisin maddəsi Britaniyada aparılan bir araşdırmaya görə, eyni zamanda ağrını da azaldır. 
 
Tez-tez əlini kəsən bir dostunuz varsa, yazını mütləq onunla da bölüşün.
 
 
 

05:14 30.04.2017
Xəbər lenti
Bütün xəbərlər