KANAL24.AZ
Az Iw En Ru

Şamaxıda iki avtomobil toqquşdu: ölən var

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-də saat 1 radələrində Şamaxı şəhərinin girişində şəhər sakini İlqar Teyfurovun idarə etdiyi VAZ-21214 və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub. Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


19:16 29.04.2017
Xəbər lenti
Bütün xəbərlər