KANAL24.AZ
Az Iw En Ru

35 milyon insan hiddətlənib - Braziliyada pensiya qiyamı - FOTO

Braziliyada ölkə tarixinin ən böyük etiraz aksiyalarından biri başlanıb.

Kanal24.az  El Mundo-ya istinadən bildirir ki, 1990-cı illərdən bəri ən genişmiqyaslı etiraz aksiyasına milyonlarla braziliyalı qatılıb. 35 milyon nəfərin qatıldığı aksiya mənsubları arasında ictimai nəqliyyat, maliyyə-bank, təhsil, tikinti və s. sektorlarda çalışanlar da var.

Nümayişçilər ölkə prezidenti Mişel Temerin təklif etdiyi pensiya islahatlarına qarşı çıxırlar. Aksiya iştirakçıları kiçik şəhərlər və qəsəbələrdə yox, böyük meqapolislərdə yolları kəsərək nəqliyyatın hərəkətini dayandırırlar.

 

Gələn həftə Braziliya Konqresində müzakirə olunacaq qanun layihəsi pensiya yaşının kişilər üçün 65, qadınlar üçünsə 62 yaş həddində müəyyənləşdirilməsini nəzərdə tutur.

Məqaləyə dair fotomateriallar:

 
 

18:57 29.04.2017
Xəbər lenti
Bütün xəbərlər