KANAL24.AZ
Az Iw En Ru

Moskvada törədilən kiçik partlayış İstanbulda dağıntı törədə bilər? - Məxfi tədqiqatlar-

Bu ixtiranı etmiş rus alim naməlum şəkildə öldürülüb...
 
 
Dünyanı idarə etməyə iddialı olan gizli supergüclər zaman-zaman ən güclü insan beyinlərinin kəşf və ya ixtiralarını gizlətməyə çalışmışlar. Və çox vaxt buna nail olmuşlar. 
 
Kanal24.az  yeri gəldikcə xarici mənbələrdən əldə etdiyi belə maraqlı faktlardan bəzilərini nəzərinizə çatdıracaq.
 
...1903-cü ildə 45 yaşlı məşhur rus fiziki M.M. Filippov naməlum şəxslər tərəfindən öz laboratoriyasınada qətlə yetirilir. Kimlər tərəfindən? Tarix bu günədək susur. Onun qətlinə səbəbin çox dəhşətli və ağlagəlməz  kəşflərinin olduğu iddia edilir.  Çar Rusiyasına qarşı mübarizə aparan əqidəli inqilabçılardan olan  alim D.Mendeleyevun kimyəvi elementlər cədvəlinin ilk dəfə dünyaya çatdırıb. Onun 300- yaxın  elmi işi olub. 
 
Öz silahdaşlarına yazdığı son məktublardan birində M.M. Filippov belə bir iddia ilə çıxış etmişdi:”Mən qısa radio-dalğaların topası vasitəsilə hər hansı bir partlayışın bütün gücünü uzaq məsafəyə ötürə bilirəm. Partlayış dalğası  elektromaqnit dalğası vasitəsilə tam ötürülür. Və bu minvalla Moskvada partladılmış dinamit öz dağıdıcı təsirini Konstantinopola(qatı xristianlar İstanbulu hələ də belə adlandırırlar-S.L.) göstərə bilər. Apardığım təcrübələr sübut edir ki, bu fenomeni  bir neçə min km-lik məsafədə tətbiq etmək mümkündür...”
 
M.M. Fillippovun məhz sözü gedən tədqiqatlarının qurbanı olduğu iddia edilir. Lakin onu kimlərin öldürtdüyü və həmin məxfi ixtirasının nəticələrinin hazırda hansı güclərin əlində olduğu məlum deyil...
P.S. Doğrudan da bu,  xüsusi xidmət və ya terrorçuların əlində çox dəhşətli və ağlagəlməz bir vasitəyə çevrilə bilər. Təsəvvür edin ki, Londonın ətrafındakı çöllükdə partladılan bir böyük evi dağıda biləcək bombanın gücü radiodalğalarla Moskvada Kremlə -Putinin kabinetinə ötürülür... 

18:26 29.04.2017
Xəbər lenti
Bütün xəbərlər