KANAL24.AZ
Az Iw En Ru

Elmi inqilab:Daha ağrı hiss etməyəcəksiniz

Dünya elmi bu günə qədər insan vücudundakı ağrının mərkəzi sinir sistemi vasitəsilə yayılıb, idarə olunduğunu düşünürdü. Lakin aparılan son araşdırmalar sayəsində periferik sinir sisteminin ağrının yayılma və idarəsində əsas rol oynadığı ortaya çıxıb.
İngiltərənin Lids Universitetinin alimlər qrupu periferik sinir sistemində ağrı ilə bağlı beyindən gələn siqnalı qəbul edən və onu saxlayan xüsusi mexanizmlərin olduğunu aşkarlayıblar. 
 
Onların fikrincə, periferik sinir sistemi ilə beyin arasında rabitə yaradan xüsusi proses  vucudda yarana biləcək ağrıların idarəsini, onların zərərsizləşdirilməsini  tamamilə təmin etmək gücündədir. 
Araşdırmaçılar bu prosesə “Çətin nəzarət edilən qapı” teoremi adını veriblər. Belə ki, periferik sinir sistemindən mərkəzi sinir sisteminə siqnal vasitəsilə ötürülən ağrı bu iki sinir sistemi arasındakı “qapı”da nəzarət oluna bilər. Bununla da ağrı  mərkəzi sinir  sisteminə göndərilməzdən əvvəl periferikdə qarşılanaraq, zərərsizləşdirilə bilər.
 
Lids Universitetinin alimlərinin apardıqları araşdırma periferik sinir sisteminin bu xüsusiyyətini ilk dəfə üzə çıxardı.(Moderator.az)

04:10 19.04.2017