KANAL24.AZ
Az Iw En Ru

25 yaşlı gəncin meşədə meyiti tapılıb

İtkin düşmüş İsmayıllı rayon sakininin meyiti meşədə tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, cari il sentyabr ayının 26-da İsmayıllı rayonunun Diyallı kənd sakini Məhəmməd Kərimov evdən çıxıb, geri qayıtmayıb.

Oktyabrın 14-də Diyallı kəndinin meşə zolağında M.Kərimovun ağacdan asılmış vəziyyətdə olan qismən cürüməyə məruz qalmış meyiti tapılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri görülür.

Qeyd edək ki, İsmayıllı rayonunun Diyallı kənd sakini Əhman Kərimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 31.07.1989-cu il təvəllüdlü Məhəmməd Kərimov bu il sentyabrın 26-da səhər evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.


21:43 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər