KANAL24.AZ
Az Iw En Ru

Civzələri gizlətməyin 4 yolu

Bəzən ən önəmli günlərdə xüsusilə mükəmməl, qüsursuz və gözəl görünmək istəyirik.

Ancaq səhər yuxudan oyanıb güzgüyə baxdıqda alnımızın ortasında əmələ gələn böyük bir civzəni görmək bəzən bütün əhval-ruhiyyəmizi pozmağa kifayət edir. Heç kim belə bir problemlə qarşılaşmaq istəməz, ancaq təəssüf ki, bəzi dövrlərdə civzə kabusa dönə bilir. Lakin bunun da həll yolu vardır. Bəzi üsullarla civzəni görünməz etmək və tamamilə aradan qaldırmaq mümkündür.

1 - Qızartını azaltmaq

Civzə yeni əmələ gəldiyi üçün qızartı olması normaldır, amma civzənin üzərinə 10 dəqiqə buz gəzdirərək bu qızartının azalmasına nail ola bilərsiniz.

2 - Partlatmamağa çalışın

Civzələri partlatmamağa çalışmaq doğrudan da çox çətindir, amma civzənin iz qoymamasını və ya daha da böyüyüb qızarmamasını istəyirsinizsə, əl vurmayın.

3 - Qurumasına yardımçı olun

Tərkibində kükürd və salisil turşusu olan vasitələr daha çox civzənin yaranmasının qarşısını aldığı kimi, civzənin içəridən qurumasına da yardımçı olur. Səhər qalxdıqda və gecə yatmazdan əvvəl dərinizi təmizlədikdən sonra civzənin üzərinə bu maddələri ehtiva edən vasitələrdən çəkə bilərsiniz. Bütün üzə çəkməməyə diqqət edin, çünki soyucu təsirləri olduğu üçün dərinizdə quruluğa, soyulmağa və qıcıqlanmağa səbəb ola bilər.

4 - Gizlət

Civzəni gizlətmək üçün ən önəmli məqamlardan biri dəri rənginə uyğun tonda qapadıcı və pudradan istifadə etməkdir. Üzünüzə tonal krem və ya BB krem çəkdikdən sonra civzənin üzərinə qapadıcı vurub az miqdarda pudra çəkin.


00:01 17.04.2017