KANAL24.AZ
Az Iw En Ru

Cəlilabadda ev yandı: 13 yaşlı qız zəhərləndi - YENİLƏNİB

Cəlilabadda baş verən yanğında azyaşlı uşaq tüstüdən zəhərlənib.

Hadisə axşam saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, Zaur Abbasova məxsus fərdi yaşayış evində başlayan yanğın tədricən genişlənib. Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunaraq yanğının digər otaqlara doğru yayılmasının qarşısını alıblar.

Yanğın zamanı evdə qalan 13 yaşlı Fatimə Abbasova yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq xəstəxanaya yerləşdirilib. O, yanıq xəsarətləri almasa da tüstüdən zəhərlənib. Ümumilikdə isə 99 kv. sahəsi olan evin 20 kv-lik hissəsi əşyaları ilə birlikdə yanıb.

Yanğının səbəbləri araşdırılır.

-----------

 

08:43

Cəlilabad rayonu, Qarazəncir kəndində yağın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


17:46 15.04.2017
Xəbər lenti
Bütün xəbərlər