KANAL24.AZ
Az Iw En Ru

Goranboyda yol qəzası: yaşlı qadın yaralandı

Goranboy rayonunun Səfikürd kəndində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Maşının toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 51 yaşlı rayon sakini Səadət Nəsirova xəsarət alıb.
Yaralı Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Qadının vəziyyəti normalaşdığından o, ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


16:30 15.04.2017
Xəbər lenti
Bütün xəbərlər