KANAL24.AZ
Az Iw En Ru

Bakıda 20 yaşlı qızı avtomobil vurdu

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Babək prospektində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Şirinova Aytac Bəkir qızını minik avtomobili vurub.

Hadisəni törədən sürücü xəsarət alan piyadanı xəstəxanaya aparıb.

Faktla bağlı sürücünün izahatı alınıb.


16:24 15.04.2017
Xəbər lenti
Bütün xəbərlər