KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda ötən 3 ayın "yol terroru" 163 can alıb

2017-ci ilin 3 ayı ərzində Azərbaycanda 449 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zamanı 163 nəfər ölüb, 466 nəfər isə yaralanıb.

Hadisələrdən 168-i Bakıda qeydə alınıb və həmin qəzalarda 44 nəfər ölüb, 168 nəfər isə yaralanıb.


01:55 15.04.2017
Xəbər lenti
Bütün xəbərlər