“Ermənistan artıq suveren dövlət kimi mövcud deyil, sadəcə Rusiyanın bir hissəsidir”.
Bu barədə erməni politoloq İqor Muradyan deyib.
Onun sözlərinə görə, bir müddət sonra Ermənistan BMT-də suveren dövlət olması məsələsini də qaldıra bilməyəcək.
“İndi vaxt bizim əleyhimizə işləyir. Seçkilərdə konstitusiya dəyişdirildi və Rusiyadan böyük asılılığa düşdük”, - deyə o bildirib.