KANAL24.AZ
Az Iw En Ru

Fransa prezidentliyinə namizədin qərargahı yandırıldı

Naməlum şəxslər Parisin mərkəzində Fransanın Milli Cəbhə Partiyasının qərargahının yerləşdiyi binanı yandırıblar.

Hadisə iyulun 13-nə keçən gecə baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

RTL radiostansiyası bildirir ki, insidentə görə məsuliyyəti "Ksenofobiya ilə mübarizə" adlandırılan qrup öz üzərinə götürüb.

Qeyd edək ki, Milli Cəbhə Partiyasının lideri Fransa prezidentliyinə namizəd Marin Le Pendir. Prezident seçkiləri iki mərhələdə - aprelin 23-ü və mayın 7-də keçiriləcək.


19:42 13.04.2017
Xəbər lenti
Bütün xəbərlər