KANAL24.AZ
Az Iw En Ru

Məscid etirazı – Baş nazirin müavini hadisə yerində

Bakıda “Hacı Cavad” məscidinin söküləcəyi haqda xəbərlərə görə məscidin qarşısına toplaşan yüzlərlə dindarın kütləvi namazı başa çatıb. Polis namaza müdaxilə etməyib. Baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon icra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hazırda hadisə yerindədir. Lakin onlar jurnalistlərə açıqlama verməkdən imtina ediblər.

Məscidin qarşısına toplaşan sakinlər deyirlər ki, “Hacı Cavad” məscidinin “Sovetski” məhəlləsində yenidənqurma işləri ilə bağlı söküləcəyini eşidiblər. Bu səbəbdən məscidin qarşısına toplaşıblar və söküntüyə imkan verməməyə çalışacaqlar. Sakinlər deyiblər ki, yaxınlıqdakı “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi gecə ilə qəfil sökülüb, bu səbəbdən “Hacı Cavad” məscidinin də qəfil söküləcəyi onları narahat edib.


20:45 12.04.2017
Xəbər lenti
Bütün xəbərlər