KANAL24.AZ
Az Iw En Ru

Pentaqon rəhbəri: “Rusiya ilə ABŞ arasında müharibə mümkün deyil”

Vaşinqton və Moskva arasında münasibətlərin kəskin şəkildə soyumasına baxmayaraq tərəflər əlaqələr kanalını aktiv şəkildə saxlayır.

“Amerikanın səsi” xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceyms Mettis bildirib.

Mettis, həmçinin əlavə edib ki, Rusiya rəhbərliyinin ABŞ-ın Suriya üzrə yeni obyektlərinə mümkün zərbələrinə cavabın verilməsi barədə bəyanatını ciddi təhdid hesab etmir: “Mən əminəm ki, ruslar onların maraqlarına cavab verən addımlar atacaqlar. Vəziyyətin nəzarətdən çıxması onların maraqlarında deyil”.

“Suriya lideri Bəşər Əsəd yəqin ki, bu hücuma görə təəsüflənir və o gələcəkdə də belə bir addım atmamışdan qabaq çox fikirləşməlidir”, - deyə Mettis vurğulayıb.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Suriyada vətəndaş müharibəsinin gedişatına müdaxilə etmək niyyətində deyil, lakin Əsəd rejiminə kimyəvi silahının tətbiqinə də icazə verməyəcək.

 ABŞ-ın Hərbi-Dəniz Qüvvələri aprelin 7-də Suriya ərazisində yerləşən hərbi aerodroma, Suriya ordusunun ondan 3 gün əvvəl İdlibdə kimyəvi silahdan istifadə etməsinə (o vaxt orada təxminən 100 nəfər həlak olub-red.) cavab olaraq, raket zərbələri endirib. Dünya ictimaiyyəti hadisəyə görə məsuliyyəti Əsəd rejiminin üzərinə qoyub.


20:24 12.04.2017
Xəbər lenti
Bütün xəbərlər