KANAL24.AZ
Az Iw En Ru

Dibala: "Başa düşün, mən Messi deyiləm"

"Yuventus"un hücumçusu Paulo Dibala "Barselona" ilə oyundan öncə həmyerlisi Messi ilə müqayisə olunmasına münasibət bildirib.

Argentinalı forvard bunları qeyd edib:

"İnsanlar başa düşməlidir ki, mən Messi deyiləm. Mən Paulo Dibalayam və özüm kimi olmaq istəyirəm. Messini yalnız Maradona ilə müqayisə etmək olar. Məndən gözləntilərin yüksək olduğunu bilirəm. Azarkeşlərin etimadını doğrultmağa çalışacam. Lakin Messi ilə müqayisələr ağılabatan deyil".


02:58 11.04.2017
Xəbər lenti
Bütün xəbərlər