KANAL24.AZ
Az Iw En Ru

Hiquain "Yuventus"da 59 illik rekordu təzələdi

"Yuventus"un hücumçusu Qonzalo Hiquain A Seriyasının 31-ci turunda "Kyevo"nun qapısına 2 qol vurmaqla komandasının qələbəsində əsas pay sahibi olub.

Mövsümdə qollarının sayını 20-ə çatdıran argentinalı forvard 1958-ci ilin rekordunu təzələyib. Belə ki, həmin vaxtdan bəri "Yuventus"un heç bir futbolçusu ilk mövsümdə bu qədər qol vura bilməmişdi. Hiquaindən əvvəl bunu 1957/58 mövsümündə Con Çarlz və Omar Sivori etmişdi.


15:11 10.04.2017
Xəbər lenti
Bütün xəbərlər