KANAL24.AZ
Az Iw En Ru

Yığmamız darmadağınla qrup lideri oldu - YENİLƏNİB

Bu gün futzal üzrə Azərbaycan milli komandası AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Albaniya ilə qarşılaşıb.

B qrupundakı ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələn millimiz bu matçı da qalibiyyətlə başa vurub. Biro Jadenin yetirmələri 5:0 hesablı darmadağına seviniblər. Bu nəticə ilə birinci pilləyə yüksələn komandamıza liderlik üçün sonuncu - Macarıstanla oyunda heç-heçə də bəs edəcək.
 
Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla heç-heçə oynayıb.
 
AÇ-2018-in seçmə mərhələsi
B qrupu
II tur
 
Bosniya və Herseqovina - Macarıstan - 2:2
 
Azərbaycan - Albaniya - 5:0
Qollar: Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41
 
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı

Yer

Komanda

O

Q

H

M

T/F

X

1

Azərbaycan

2

2

0

0

10:4

6

2

Macarıstan

2

1

1

0

6:5

 

4

4

Bosniya və Hrs.

2

0

1

1

6:7

1

3

Albaniya

2

0

0

2

3:9

0

----------

16:00

Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılacaq.

Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gələcək. Biro Jadenin baş məşqçi olduğu komanda ilk turda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə yenib. Albaniya isə Macarıstana uduzub - 3:4.

Avropa çempionatı, əsas seçmə mərhələ
B qrupu

16:00. Bosniya və Herseqovina - Macarıstan

18:30. Azərbaycan - Albaniya
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan) 

Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq.  v


03:53 10.04.2017
Xəbər lenti
Bütün xəbərlər