KANAL24.AZ
Az Iw En Ru

Peyğəmbər niyə Hüdeybiyyə sülhünü bağladı?

Peyğəmbər niyə Hüdeybiyyə sülhünü bağladı, niyə Məkkə müşrikləri ilə müharibə etmədi?

Hüdeybiyyə sülhünün tarixinə toxunmadan yalnız bunu qeyd edirik ki, bu sülhün o zaman üçün əhəmiyyəti çox böyük idi.

Bu sülhdən sonra məkkəlilər müsəlmanları ciddi və bərabərhüquqlu bir rəqib kimi tanımağa, onlarla hesablaşmağa məcbur oldular. Vaxtilə müsəlmanları olmazın işgəncələrə məruz qoyan bütpərəstlər indi onların 3 gün Məkkədə sərbəst halda ibadət etmələrinə razı olmuşdular. Müsəlmanlar artıq Ərəbistanın siyasi həyatına nüfuzlu bir qüvvə kimi daxil oldular. İmam Cəfər Sadiq (ə) bu barədə buyurmuşdur: "Peyğəmbərin həyatı boyunca baş vermiş heç bir hadisə Hüdeybiyyə sülhü qədər faydalı və bərəkətli olmayıb". Təfsirçilərin fikrincə, Quranın Fəth surəsinin ilk ayəsindəki "açıq-aşkar zəfər" ifadəsi də Hüdeybiyyə sülhünə işarədir.


04:40 07.04.2017
Xəbər lenti
Bütün xəbərlər