KANAL24.AZ
Az Iw En Ru

“Allahın lütfü” öldürür: Dünyaya SOS, Azərbaycana “sağ ol”

Ümumdünya Səhiyyə Təşkilatı Avropa ölkələrində uşaqlar üçün təhlükəli qızılcanın sürətlə yayılmasına görə xəbərdarlıq edib. Təşkilatın məlumatına görə təkcə 2017-ci ilin yanvar ayında Avropada 500 qızılca halı qeydə alınıb. Fevralda isə bu rəqəmlər daha artıq olub. Mart ayında da yoluxma hallarının çox olduğu deyilir və təşkilat ölkələrin səhiyyə qurumlarını vəziyyəti nəzarət altında saxlamağa çağırıb. Qeyd edək ki, təkcə Rumıniyada ötən il 20 uşaq qızılcadan vəfat edib. 

“Allahın lütfü” öldürür

Qədim dövrlərdə “Allahın lütfü” kimi qəbul edilən qızılca ilə mübarizə aparılmaz, onun öz-özünə keçib gedəcəyini düşünərdilər. Hətta qızılca olan adamı qırmızı rəngli otaqda yatırdar, otaqdan qırmızı pərdə asar, yatağa qırmızı örtük sərərdilər. Hətta qədim zamanlarda qızılca üçün qurban kəsildiyinə dair məlumatlar da var. Ancaq “Allahın lütfü” adlandırıb heç bir tədbir görülməyən xəstəlik sürətlə yayılaraq hər il yüz minlərlə insanın həyatına son qoyurdu. 

Zaman dəyişdi, xəstəliklərə qarşı münasibət də yerində saymadı. Texnologiya və tibbin inkişafı ilə xəstəliklərə qarşı daha effektiv mübarizə vasitələri yarandı. Nəticədə qızılca və onun kimi bir çox yoluxucu xəstəliklərin epidemiyasının qarşısını almaq mümkün oldu. Ancaq indi də qızılcanın müalicəsiz sağalacağını düşünənlər az deyil və onlar xəstəliyin öz dövrünü başa çatdıracağı zamanı gözləməyi məsləhət bilirlər. Ancaq qızılca kimi xəstəliklərdə gözləmək bəzən ölümə bərabərdir. 

Bütün yaşlarda təhülkə var

Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və biloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkiblidir. Təbii şəraitdə yalnız insanlar xəstələnirlər. 56C də virus 2 - 3 dəqiqəyə məhv olur. Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4 cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq (yoluxdurma indeksi 95-96 %) xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyil. Xəstəlik zamanı orqanizmin müdafiə qabiliyyəti zəiflədiyindən digər ikincili infeksiyalarda ağırlaşmalar ola bilər. Xəstəlikdən sonra ömürlük immunitet yaranır və uzun müddət qanda virusu neytrallaşdıran anticisimlər saxlanılır.

1,5 milyon insan ölə bilərdi, əgər...

İk baxışda bir çoxlarının ciddiyə almadığı qızılca əslində oduqca təhlükəlidir və zamanında müdaxiə edilmədiyi təqdirdə ölümcül olur.Statistika göstərir ki, peyvəndin geniş yayılmasına baxmayaraq hələ də dünyada qızılca yayğındır.Peyvəndin geniş yayılmasından əvvə dünyada hər 2-4 ildə qızılca epidemiya halını aır və 5-9 yaşlı uşaqları əhatə edirdi.Peyvənd yayıldıqdan sonra xəstəlikdə 95 faizlik azalma qeydə alınıb.Ancaq buna baxmayaraq xəstəlik hələ də təhlükəsini qoruyur.1980-ci ildə 10-19 yaş qrupunda artım müşahidə edilib. Peyvənd proqramları ilə hər il 90 milyon qızılcaya yoluxma və 1.54 milyon ölümün qarşısı alınıb. Buna baxmayaraq, hər il dünyada 45 milyon qızılcaya yoluxma və çox sayda ölüm faktı qeydə alınır. 

Peyvəndin keyfiyyəti sual altında

Qızılcada vurulan peyvəndin insanı ömür boyu qoruduğu güman edilirdi.Ancaq 1980-ci illərdən sonra ABŞ başda olmaqa bir sıra ölkələrdə peyvənd olan uşaqlarda daha sonra qızılcanın görülməsi peyvəndin yetərli olmadığı qənaəti yaradıb.Peyvənd yetərsizliyinin ilk səbəbi peyvənddən sonra immun sistemin cavab reaksiyasının kifayətedici olmamasıdır.Bu, 2-10 faiz civarında görünən haldır.Peyvəndin keyfiyyəti və vurulmasında da ortaya çıxa biləcək problemər daha sonra qızılcaya yoluxmanı şərtləndirə bilər.Yeni doğulan uşaqların bir çoxunda anadan transplasental yolla keçən qızılca IgG antikorları var. Bu antikorların varlığı fərqlı toplumlarda müxtəlif yaşlarda görünür və peyvəndin təsirini azaldır.

İnkişaf etməkdə olan ölkələrdə daha çox görünən infeksiya səbəbindən maternal antikorlar daha tez itirilir.İnkişaf etmiş ölkələrdə isə anaların peyvənd olunması səbəbindən uşaqlar üçün təhlükə daha azdır.Dünyanın müxtəlif ölkələrində 1989 və 1993-cü illərdə qızılcanın epidemiya halını alması peyvəndin keyfiyyəti və çatışmazlığı problemlərini müzakirəyə çıxarıb.

Yoluxanların 20 gün zamanı var

Pediatr Gülnar Qafarovanın sözlərinə görə qızılca kəskin yoluxucu virus xəstəliyidir.Qızılca virusu - Palynosa morbillarum strukturuna və bioloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkiblidir.Qızılca ilə bütün yaşlarda xəstələnmə olur.Əgər ana qızılca keçiribsə, uşaqda 3 aylığa qədər yoluxma qeydə alınmır.Bu da uşaqda anadankeçmə passiv immunitetin olması ilə əlaqədardır.Ancaq uşaq böyüdükcə passiv immunitet də azalır, 9 aydan sonra isə itir.Əgər ana qızılca keçirməyibsə, körpədə doğumdan qısa müddət sonra yoluxma mümkündür.Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərlə özünü göstərir.Xəstə səpmənin ilk günündə daha yoluxdurucu olur.Səpkinin 4-cü günündən etibarən isə yoluxdurma qabiliyyəti azalır.Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiyalar qrupuna daxildir.Ancaq onun hansısa əşya və ya 3-cü şəxsdən keçməsi mümkün deyil.İlk olaraq öskürək, burudakı axıntı, hərarətin yüksəlməsi kimi əlamətləri var və bu dövr 4 günə qədər davam edir.Bundan sonrakı dövrdə səpkilər başlayır və ən azı 3 gün davam edir.Çəhrayı rəngli ləkələr burun ətrafında, qulaqlaırn arxasında, göz qapaqlarında, eləcə də bütün sifətdə görünür və daha sonra bədənə yayılır.Artıq yoluxmanın 3-cü günü bütün bədən ləkələrlə örtülür.Üçüncü mərhələdə səpkilərin rəngi tündləşir.Bu dövr azı 5 gün davam edir.Xəstəlik əlamətləri artıq arxada qalır, səpkilərin üzü qabıq bağayır və tədricən yox our.Ancaq bu, o demək deyil ki, xəstəlik tam aradan qalxıb.Orqanzimin xəstəliyi dövründə immun sistemi zəifləyir, hərarət olmasa da yorğunluq, halsızlıq, iştahanın azalması daha bir neçə gün davam edir.Ümumi halda xəstəlik 20 günə yaxın müddətdə sağalır.

Otaqdakı qırmızının sirri

Qızılca uşaq xəstəliyi hesab olunsa da böyüklərdə də müşahidə olunur və daha risklidir.Yaşlılarda qızılcadan ölüm hallarına da rast gəlinir. Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəxana şəraitində ancaq kiçikyaşlı uşaqlar müalicə olunur.İlk növbədə xəstənin olduğu otaqda havanın təmizliyinə ciddi diqqət yetirməli, tez-tez havalandırılmalıdır.Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır.Çünki qızılca işıq şüalarına qarşı çox həssasdır.Qədimdə xəstənin otağında qırmızı rənglərdən istifadənin bir səbəbi də qırmızının işıq şüalarını yaxşı keçirməməsidir.Uşağın tez-tez əl-üzünü, gündə 1-2 dəfə gözlərini, hər qida qəbulundan sonra isə ağzını, dişlərini yumaq lazımdır. Xəstəyə əsasən sulu yeməklər verilməlidir. Eyni zamanda gün ərzində maye qəbuluna da diqqət yetirmək lazımdır.Antibiotik qəbulu da mütləq halda həkim nəzarəti altında olunmalıdır.Həkimlər 3 yaşınadək olan uşaqlara antibiotik təyin edir.Eyni zamanda fəsadlaşmış hallarda xəstəyə antibiotik təyin olunur.

Dünyaya SOS, Azərbaycana “sağ ol”


ÜST-nın qızılca ilə bağlı xəbərdarlığı Azərbaycanda bu sahədə vəziyyətin necə olduğu sualını yaradıb.Səhiyyə Nazirliyi isə narahatlığa heç bir əsas olmadığını bildirir. Nazirlikdən “Cümhuriyət” qəzetinə bildirilib ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə bununla bağlı hətta minnətdarlıq məktubu da göndərib. Azərbaycanda bir neçə ildir ki, qızılca və məxmərək xəstəliyinin eliminasiyası, yəni, tam ləğvinə nail olmaq mümkün olub.

ÜST-nın minnətdarlıq məktubu da məhz bu münasibətlə göndərilib.ÜST bildirib ki, qızılca və məxmərəyin verifikasiyası (təsdiqi) üzrə Komitənin rəyinə əsasən, Avropanın 32 üzv olan dövlətlərdə qoyulan tələblər tam yerinə yetirib. 2012-2014-cü illərdə 21 dövlət qızılca, 20 dövlət isə tamamilə məxmərəyin ləğvinə nail olub. Azərbaycan bu sırada ön yerlərdədir.

ÜST Azərbaycanda qızılca və məxmərəyin aradan qaldırılması məqsədi ilə ölkənin icbari dispanzerizasiya və bu kimi əlavə tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirir.J.Yakab bu tendensiyanın davamı, eləcə də xəstəliyi tamamilə ləğv etmiş ölkə statusunu daim qoruyub saxlanması üçün həssas əhali arasında epidemioloji nəzarətin davamlı olmasının vacibliyini vurğulayıb.

Sevil Ağazadə


19:23 05.04.2017
Xəbər lenti
Bütün xəbərlər