KANAL24.AZ
Az Iw En Ru

Allahın hansı adı ismi-əzəmdir?

İsmi-əzəm nə deməkdir? Allahın hansı adı ismi-əzəmdir və bunu dəqiq olaraq kim bilir?

Allahın adlarından biri Allahın bütün zatını, bütün sifətlərini özündə ehtiva edir, seçilmiş və üstündür. Həm də bu, Allahın ən çox sevdiyi və çağrılmaq istədiyi addır. Allahın bu adına "ismi-əzəm", yəni ən böyük, ən əzəmətli ad deyirlər.

Kanal24.az islam.az-a istinadən bildirir ki, İsmi-əzəmi söyləyən və Allahı bu ada and verən şəxsin duası mütləq qəbul olar. Bu adı söyləməklə ən qeyri-mümkün işləri etmək, ən qəribə möcüzələri göstərmək mümkündür. Məsələn, Həzrət Süleyman Peyğəmbərin (ə) vəziri Səba məlikəsi Bilqeysin taxtını ismi-əzəmin köməyi ilə bir göz qırpımında gətizdirmişdi (Nəml, 39-40).

Hədislərdə deyilir ki, ismi-əzəm 73 hərfdən ibarətdir. Allah bəzi peyğəmbərlərə bunların fərqli saylarını öyrətmişdi. Həzrət Mühəmməd Peyğəmbərə (s) hərflərin 72-si məlum idi. Allah hərflərin birini gizli saxlayıb ki, özü bəndələrin mahiyyətini tam bilsin, amma bəndələr Onun mahiyyətini tam anlamasınlar (Biharül-ənvar, XI, 68). İmam Əli Nəqi (ə) buyurub ki, ismi-əzəmin 72 hərfi Əhli-beyt imamlarına məlumdur, bir hərf isə Allahın qeyb elminə aiddir (Nurüs-səqəleyn təfsiri, IV, 90)

 
İsmi-əzəmin konkret nədən ibarət olduğu barədə məlumatlar çox fərqli və rəngarəngdir. İslam müqəddəslərindən rəvayət edilən onlarla hədisdə bu və ya digər adın, ifadənin, hətta ayə və duanın ismi-əzəm olduğu bildirilib. Məsələn, "Bismillahir-Rəhmanir-Rəhim. La hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim" ifadələri, "Fərd, Həyy, Qəyyum, Həkəm, Ədl, Qüddus, Həkəm, Ədl" adları, Fatihə surəsi, bəzi ayələr (Ali-İmran, 1-2 və ya 26-27; Bəqərə, 163; Həşr, 19-24; Ta-Ha, 111; ayətül-kürsi) və s.

15:45 04.04.2017
Xəbər lenti
Bütün xəbərlər