KANAL24.AZ
Az Iw En Ru

Orqanizmdə dəmir çatışmazlığı infeksiyalara həssaslığı yüksəldir

Orqanizmdə dəmirin ümumi miqdarı təxminən 4.2 qramdır. Bunun təxminən 75-80 faizi hemoqlobinin, 20-25 faizi dəmir rezervin, 5-10 faizi mioqlobinin tərkibinə daxildir, 1 faizi isə hüceyrələrdə, toxumalarda, tənəffüs proseslərinin katalizə edən tənəffüs fermentlərindəndir.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənova məlumat verib.

K.Həsənova deyib: "Bu elementin orqanizmdə funksiyası oksigeni hemoqlobin formasında eritrositlərə daşımaq, əzələ toxumalarında oksigenin mioqlobin formasında saxlamaqdır. Bir sıra fermentlərin tərkibinə daxil olan dəmir orqanizmdə həm də mitoxondrial sitoxromlarda enerji məhsuludur.

Dəmirin sutkalıq məsləhət görülən dozası kişilər üçün 10, qadınlar üçün isə 18 milliqramdır. Yaşlı insanlarda bu norma nisbətən dəyişir. Dəmir orqanizmdən sidik və tər ifrazı yolu ilə xaric olunur. Bu elementin orqanizmdə optimal sovrulması üçün mədə şirəsinin normal sekresiyası vacibdir.

Orqanizmdə dəmir defisiti hipoxrom və hemolitik anemiyalar, saç və dırnaqların trofiki dəyişiklikləri, iştahanın pozulması, yaddaşın pisləşməsi və konsentrasiya, ağız boşluğunun selikli qişasının iltihabı, infeksiyalara həssaslığın yüklənməsi, atrofik qastrit, xroniki hepatit, sirroz və bir sıra digər fəsadlarla müşahidə oluna bilər. Dəmir defisiti qoyulmuş vəziyyət xüsusi qidalanma və dəmirlə əvəzedici terapiya köməyi ilə korreksiya olunmalıdır. Dəmir lazimi miqdarda toxuma metabolizmi üçün geniş yayılmış və essensial mikroelementdir.

 

Dəmir bütün qida məhsullarında var, ancaq orqanizm sutkada 1-2 milliqram mənimsəyə bilir. Bu elementin qəbul olunması və defisiti arasında tarazlığın cüzi pozulması dəmir çatışmazlığına səbəb olur. Bütün inkişaf etmiş ölkələrdə dəmir çatışmazlığı anemiyanın yayılma səviyyəsi azdır. Buna baxmayaraq qidalanma xüsusiyyətlərindən asılı olduğuna görə ən geniş yayılmış xəstəlik olaraq qalır.

Bu element çatışmazlığı patologiyalarının səbəbi düzgün qidalanmamaq və dəmirin qida ilə orqanizmə daxil olmasının pozulmasıdır. Heyvani zülal, askorbin və digər orqanik turşular dəmirin sovrulmasını yaxşılaşdırır. Bu səbəbdən də vitamin və orqanik turşularla zəngin meyvə-tərəvəz vasitəsilə dəmir daha yaxşı qəbul olunur.

Qida məhsullarında dəmir mənbələri püstə, soya unu, inək və mal qaraciyəri, mərcimək, qarabaşaq və yulaf yarması, buğda və qarğıdalıdır".


05:47 04.04.2017
Xəbər lenti
Bütün xəbərlər