KANAL24.AZ
Az Iw En Ru

Əsəbiləşəndə qəzəbi yatırmaq üçün nə etmək faydalıdır?

Qəzəb dinimizdə ən bəyənilməz hallardan biri sayılır. Atalarımız: "Hirsli başqa ağıl olmaz" demişlər. İslam əxlaqında da qəzəb bir çox pisliklərin mənbəyi sayılır. Quranda buyurulur ki, təqva sahiblərinin ən əsas xüsusiyyətlərindən biri öz qəzəbini udmaqdır (Ali-İmran, 134).

Kanal24.az islam.az-a istinadən bildirir ki, qəzəblənən adam hirsini udmağa çalışmalı, bu işin Allah qarşısında bəyənilməz olduğunu yada salmalıdır. Qəzəb halında su içmək insanın fikrini yayındırır, onu sakitləşdirir. Həmçinin, qəzəblənmiş adamın öz yerini dəyişməsi tövsiyə edilir. Belə ki, əgər ayaq üstə durubsa oturmağı yaxşıdır, əgər oturubsa imkan daxilində bir müddət yerə uzanmağı məsləhətdir. Qəzəblənən adamın şeytanın şərindən Allaha sığınması ("əuzu billahi minəş-şeytanir-rəcim" söyləməsi), başqa söz danışmaması, sərin su ilə dəstəmaz alması da faydalıdır.


05:22 03.04.2017
Xəbər lenti
Bütün xəbərlər