KANAL24.AZ
Az Iw En Ru

Axtarışda olan iki nəfər tutulub

Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məccələsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1975-ci il təvəllüdlü Etibar Mustafayev tutulub.

Eyni maddə ilə axtarışda olan daha bir şəxs Suraxanı polisi tərəfindən yaxalanıb. Belə ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Bəxtiyar Hüseynov tutulub.


17:07 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər